May 05, 2017 20:57 Asia/Baku
  • Fələstinli əsirlərə dəstək üzrə irimiqyaslı aksiya
    Fələstinli əsirlərə dəstək üzrə irimiqyaslı aksiya

İordan çayının qərb sahilində çoxlu sayda fələstinli aclıq aksiyası keçirən fələstinli əsirlərə dəstək istiqamətində aksiya keçirib.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, İordan çayının qərb sahilində Əl-Xəlil, Ramullah, Nablos və digər bölgələrdə fələstinlilər aclıq aksiyası keçirən əsirlərə dəstək üzrə irimiqyaslı aksiyalar təşkil ediblər. Aksiyalar zamanı fələstinlilərlə işğalçı sionistlər arasında güclü toqquşmalar baş verib.

Sionist rejim hərbçiləri fələstinli etirazçılara qarşı güllə və gözyaşardıcı qazlardan istifadə ediblər. Nəticədə bir neçə fələstinli boğulma ilə üzləşib.

Sionist rejim hərbçiləri bu gün aksiyalar zamanı çoxlu sayda fələstinlini də həbs ediblər.

Fələstinli əsirlər sionist rejimin irqçilik davranışları və siyasətlərinə etiraz əlaməti olaraq Azadlıq və Kəramət şüarı ilə 17 apreldən aclıq aksiyasına başlayıblar.

Teqlər