BƏƏ-nin Yəmənin cənubunda məkrli planı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i268182-bƏƏ_nin_yəmənin_cənubunda_məkrli_planı
Yəmən vətəndaşlarının müqaviməti qarşısında ardıcıl məğlubiyyətdən sonra səudiyyəli təcavüzkarlar və onların müttəfiqlərininin qarşısında duran problemlər sayəsində Birləşmiş Ərəb Əmirliklərinə bağlı muzdlular Yəmənin cənub bölgələrində bu bölgələrin idarə olunması üçün yeni siyasi orqanın yaradılmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2017 05:06 Asia/Baku
  • BƏƏ-nin Yəmənin cənubunda məkrli planı
    BƏƏ-nin Yəmənin cənubunda məkrli planı

Yəmən vətəndaşlarının müqaviməti qarşısında ardıcıl məğlubiyyətdən sonra səudiyyəli təcavüzkarlar və onların müttəfiqlərininin qarşısında duran problemlər sayəsində Birləşmiş Ərəb Əmirliklərinə bağlı muzdlular Yəmənin cənub bölgələrində bu bölgələrin idarə olunması üçün yeni siyasi orqanın yaradılmasından xəbər veriblər.

İRİB-in məlumatına görə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri arasında Yəməndə nüfuz dairəsini genişləndirmək üzrə ixtilafların artması ilə BƏƏ-yə bağlı muzdlular Ədən Tarixi Elanı adlı orqanın rəhbərliyini Ədənin istefa vermiş valisi Eydrus Əz-Zübeydiyə veriblər. 

Bu arada hal-hazırda Sənada olan cənub bölgələrinin rəhbərlərindən bir qrupu bildirib ki, bu orqanın yaradılması Yəmənin cənubunu parçalamaq və bu bölgələrə nəzarət etmək üzrə Birləşmiş Ərəb Əmirliklərinin səyidir. 

Yəmənin istefa vermiş prezidenti son qərarında Ədən valisi Eydrus Əz-Zübeydini vəzifəsindən kənarlaşdırıb və Ədənin idarəsini əl-Qaidə tərəfdarı olan İslah partiyasının üzvlərinə tapşırıb. Bu qərar son həftədə Yəmənin cənub sakinlərinin irimiqyaslı etirazlarına səbəb olub. 

Ədən və Yəmənin cənub vilayətlərinin sakinləri Əbdrəbbə Mənsur Hadinin bu qərarını de-stabillik, hərc-mərclik və terror qruplarının güclənməsi amili hesab edirlər. Səudiyyə Ərəbistanı ABŞ və İngiltərənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hücumlara başlayıb.