İraqda İŞİD-in gizli sənədləri aşkarlanıb
-
İraqda İŞİD-in gizli sənədləri aşkarlanıb
İraq mediyaları Səlahəddin vilayətində terrorçu İŞİD qrupuna aid gizli sənədlərin aşkar edilməsindən xəbər veriblər.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, İraqın Daxili İşlər Nazirliyinin sözçüsü bu gün bildirib ki, İraqın təhlükəsizlik və polis qüvvələri Səlahəddin vilayətinin Motibice bölgəsində İŞİD terrorçularına aid gizli sənədlər aşkar edib.
Bu sənədlər videolar, şəkillər, kitablar, bu terror qrupu barədə önəmli informasiyaları özündə əks etdirən yazılar, silah və sursatlardan ibarətdir.
Eyni zamanda Həşədüşşəbinin İraqın şimalındakı müavini İrfan Əbdül-Hüseyn İŞİD-in hava hücumundan müdafiə qüvvələrinin başçısının öldürüldüyündən xəbər verərək deyib: Bu gün Kərkükün cənubunda Hadi Kate kəndində İŞİD terrorçularının qərargahı partladılıb və nəticədə bu terror qrupunun hava hücumundan müdafiə qüvvələrinin başçısı Əbu Yunis ləqəbli Müsni Əbdullah ölüb və onun müavini Xəlil İbrahim Cümə yaralanıb.
İraqın məhkəmə rəsmiləri də 5 il öncə oğurlanmış taksi sürücülərinin cəsədlərinin yerləşdirildiyi kütləvi qəbiristanlığın aşkar edilməsindən xəbər veriblər.