Əfqanıstanda anaların ölüm halları artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i268644-Əfqanıstanda_anaların_ölüm_halları_artıb
Əfqanıstanın səhiyyə və müalicə naziri bu ölkədə hamilə qadınlar arasında illik ölüm hallarının 280 min təşkil etdiyini deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 09, 2017 15:40 Asia/Baku
  • Əfqanıstanda anaların ölüm halları artıb
    Əfqanıstanda anaların ölüm halları artıb

Əfqanıstanın səhiyyə və müalicə naziri bu ölkədə hamilə qadınlar arasında illik ölüm hallarının 280 min təşkil etdiyini deyib.

İRİB-in verdiyi məlumata görə, əfğan nazir Firuzəddin Firuz Kabildə keçirilən mərasimdə etdiyi çıxışında deyib: Hər il Əfqanıstanda 280 min hamilə qadın səhiyyə xidmətlərindən istifadə imkanı olmadığından həyatını itirir. 

Nazir Əfqanıstanda uşaqların da ölüm hallarının böyük olduğunu bildirərək deyib: Hər il bu ölkədə iki milyon 700 min körpə doğulduqdan bir ay sonrayadək həyatını itirir.