Suriya ordusu İraq sərhəddinə doğru 45 km irəliləyib
-
Suriya ordusu İraq sərhəddinə doğru 45 km irəliləyib
Suriya ordusu bu gün Dəməşqin şərqində həyata keçirdiyi əməliyyat nəticəsində Əssəb Biar qəsəbəsi, Rəcməl-Həmadə hündürlükləri və Rəcm Əbu Qəbr ərazilərini azad edərək 45 km irəliləyib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordusunun müqavimət qüvvələri ilə birgə Dəməşqin şərqində başlatdığı silsilə əməliyyatların ilk etapı olan bu əməliyyatda məqsəd İraq sərhəddinə bitişik əraziləri terrorçulardan təmizləmək və bu ərazilərdə təhlükəsizliyi bərqərar etməkdən ibarətdir.
Suriyadan əldə olunan başqa məlumata görə, Suriya hərbi təyyarələri Əsvədüşşərqiyyə qruplarının hücumlarına cavab olaraq onların İordaniya sərhədlərindəki mövqelərini bombalayıb.
Əsvədüşşərqiyyə və Ləvaüşşühədaül-Qəryətəyn adlı iki qrup Şam səhrasında və Homsun cənub şərqində Suriya ordusu ilə toqquşub və ordu onların mövqelərini bombalayıb.