May 10, 2017 10:53 Asia/Baku
  • Əl-Əqsa məscidinə dəstək beynəlxalq kampaniyası
    Əl-Əqsa məscidinə dəstək beynəlxalq kampaniyası

Sionistlərin müsəlmanların ilk qibləsinə hörmətsizliyin davam etməsi ilə, "Qüds mənim əmanətimdir" Beynəlxalq Təşkilatı bu təşkilata üzv bütün ölkələrdə əl-Əqsa Məscidinə dəstək kampaniyası başladıb.

Rəsa İnformasiya Agentliyinin məlumatına görə, sionistlərin əl-Əqsa məscidi mühafizəçilərinə hücumlarının davam etməsi nəticəsində onlarla dəstək və həmrəylik istiqamətində "Qüds mənim əmanətimdir" Beynəlxalq Təşkilat cari ayın sonuna qədər davam edəcək müsəlmanların ilk qibləsinə dəstək kampaniyasına başlayıb. 

Əl-Əqsa Məscidinə Dəstək Kampaniyası Qüds qəsəbə sakinlərinin bu məscid mühafizəçilərinə qarşı hücumlarının dayandırılmasını vurğulayaraq var-gücü və imkanları ilə qəsəbə sakinlərinin qeyri-qanuni hərəkətlərini ifşa edəcəyini qeyd edib. 

Müsəlmanların ilk qibləsinə dəstək kampaniyasının fəaliyyətləri, informasiya xarakterli filmlərin yayımlanması, əl-Əqsa məscidinə dəstək üzrə elektron məlumatların yayılması, həmçinin çıxışlar və sərgilərin təşkil olunmasına şamil olur. 

Əl-Əqsa məscidi Beytül-Müqəddəs şəhərində İslam-Fələstin mentalitetinin əsas simvolu olaraq həmişə sionist rejimin təxribatçılıq hərəkətlərinə məruz qalmışdır. 

Bu müqəddəs məkan Beytül-Müqəddəsin islam və xristian kimliyini məhv etmək və onun yerinə sionizm simvollarını gətirmək üçün sionist hərbçilər və qəsəbə sakinlərinin at oynatdığı məkana çevrilmişdir. 

Teqlər