ABŞ qırıcılarının Mosulun yaşayış massivlərinə hücumu; ölən və yaralananlar var
İraqlı mənbələr bildiriblər ki, amerikalı qırıcıların dünən gecə İraqın Mosul şəhərindəki yaşayış massivlərinə qarşı təcavüzü azı 35 nəfərin həlak olması və 133 nəfərin də yaralanması ilə nəticələnib.
IRNA-nın məlumatına görə, bundan öncə də amerikan koalisiyanın qırıcıları Mosulun bəzi hissələrini hədəfə almışdılar ki, bu da bir qrup iraqlı mülkinin həlak olması və yaralanması ilə nəticələnmişdi.
Amerika son illərdə dəfələrlə terror qrupları ilə mübarizə bəhanəsilə Suriyaya və İraqa təcavüz edibdir.
Amerikanın terror qrupları ilə mübarizə bəhanəsilə Suriyaya və İraqa təcavüzləri elə bir haldadır ki, rəsmi məlumatlara görə, Amerika və bu ölkənin qərbli və ərəb şərikləri İŞİD daxil olmaqla terror qruplarının təşkilatçıları və əsas silah və maliyyə himəyədarlarından hesab olunurlar.