Quterreş: Suriya böhranının qalibi olmayacaq
May 11, 2017 10:52 Asia/Baku
-
Quterreş: Suriya böhranının qalibi olmayacaq
BMT-nin baş katibi çərşənbə günü Suriyada böhran yaratmış ölkələrə işarə etmədən bildirib ki, Suriya böhranının qalibi olmayacaqdır.
IRNA-nın məlumatına görə, bu gün Londonda keçirilməli olan Beynəlxalaq Somali Konfransında iştirak üçün bu şəhərə səfər etmiş Antonio Quterreş terrorçuların Suriya hökumətini devirmək üçün altı il aciz qalmalarından sonra belə əlavə edib: Suriyada savaş hamı üçün təhlükəlidir, zira regionda çaxnaşmanın yaranmasına və dünyada terrorizmin genişlənməsinə bais olur.
Suriyada böhran 2011-ci ildə Ərəbistan və Amerikanın, eləcə də onun Türkiyə kimi müttəfiqlərinin himayə etdikləri terror qruplarının Suriyanın prezidenti Bəşşar Əsədin qanuni hökumətini devirmək məqsədli geniş hücumları ilə başlanıbdır.