Bağdadın şimalında partlayış
May 11, 2017 19:08 Asia/Baku
Bağdadın şimalında bomba qoyulmuş bir avtomobilin partlaması nəticəsində azı 4 nəfər həlak olub.
Livanın Əlməyadin telekanalının məlumatına görə, bu gün günorta çağı Bağdadın şimalındakı Əlşəulə məntəqəsində yerləşən bazarda bomba qoyulmuş bir avtomobilin partlaması nəticəsində azı 8 nəfər də yaralanıbdır.
Partlayış tələfatının artması ehtimalı var.
Bağdad əməliyyat qərargahı bildirib ki, bir qrup terrorçu partlayıcı maddələrlə yaxalanıb. Həmçinin Bağdadın üç məntəqəsində partlayıcı maddələrlə dolu olan terrorçuların gizli məkanı məhv edilib.
Şəbaniyyə bayramları ilə yanaşı, Kərbəla ziyarət karvanları bir daha bu müqəddəs şəhərə doğru yollanıblar və Kərbəla vilayətinə çıxan yollarda güclü təhlükəsizlik tədbirləri görülübdür.