Yəmən xalqı amerikan-səud terrorizminə qarşı aksiya keçirib
Yəmən xalqı bu ölkənin paytaxtı Sənada amerikan-səud terrorizminə qarşı aksiya keçirib.
Yəmənin Əlməsirə telekanalının məlumatına görə, bu ölkə xalqı dünən axşam milli qurtuluş dövlətinin rəsmilərindən bir qrupunun iştirakı ilə Sənanın Marəb küçəsində aksiya keçirib. Onlar şüarlar verərək, Ərəbistanın Yəmənə təcavüzü, həmçinin ABŞ başda olmaqla Qərb ölkələrinin bu təcavüzə dəstək vermələrini pisləyiblər.
Yəmən Ali İnqilab Komitəsinin sədri Muhəmməd Əli Əlhusi aksiyaçılar arasında Yəmən xalqından istəyibdir ki, Amerika prezidentinin Ərəbistana səfərinin başlanması ilə bir vaxtda Yəməndə geniş aksiya keçirsin.
ABŞ-ın bir dövlət rəsmisinin bildirdiyinə görə, bu ölkənin prezidenti Donald Tramp özünün ilk xarici səfərində mayın sonlarında regiondakı əsas müttəfiqlərindən biri kimi Ərəbistana səfər edəcəkdir.
Trampın Ağ Evə gəlməsi ilə səud rejiminin Yəmən xalqına qarşı cinayətləri, həmçinin onların regiondakı terror qruplarını himayələri şiddətlənibdir.
Ərəbistan ABŞ və İngiltərənin himayəsilə 2015-ci ilin martında Yəmən xalqına qarşı hücumlarına başlayıb və indiyədək 12 mindən çox yəmənli həyatını itiribdir.