Hələb hava limanı azad edildi
May 13, 2017 18:12 Asia/Baku
Suriyanın ordusu və silahlı qüvvələri Hələb vilayətinin şərqindəki Əlcərrah hərbi hava limanını terrorçuların işğalından azad ediblər.
Suriyanın ordusu və silahlı qüvvələri Əlcərrah hərbi hava limanının ətrafındakı şəhərcikləri təmizlədikdən sonra oraya daxil olublar.
Əlcərrah hərbi hava limanı Hələbin şərqindən 60 kilometr aralıda Dirhafər və Məskənə şəhərcikləri arasında yerləşir ki, 2013-cü ilin fevralından bəri bir neçə terror qrupunun işğalı altında idi.