Suriya ABŞ-ın suriyalı məhbuslar haqdakı ittihamını rədd edib
May 17, 2017 08:46 Asia/Baku
Suriya Xarici İşlər Nazirliyi Amerika dövlətinin "Saidnaya" zindanında məhbusların öldürülməsi və yandırılmasına dair ittihamları rədd edərək, bildirib ki, Cenevrə müzakiərləri ərəfəsində Suriyaya qarşı irəli sürülən bu yeni ittihamda məqsəd, tamamilə aydındır.
Suriya Xarici İşlər Nazirliyi ABŞ-ın ittihamlarına cavab olaraq dünən bir bəyanatda vurğulayıb: Amerika dövləti digər ölkələrdəki düşmənçilik və müdaxilə mahiyyətli siyasətlərini əsaslandırmaq üçün həmin ölkəyə qarşı yalan və ittihamlara əl atır.
Bəyanatda sonra deyilir: Suriya dövləti vurğulayır ki, bu kimi iddialar əsassızdır və Amerika hər dəfə yeni müzakirələr başlanmazdan öncə bu vasiətlərə əl atır.