Suriyanın şərqində İŞİD-in yeni cinayəti
https://azeri.sahartv.ir/news/qərbi_asia-i269996-suriyanın_şərqində_İŞİd_in_yeni_cinayəti
İŞİD terror qruplaşması Suriyanın şərqində Deyru-Zurda 19 suriyalı sivili edam edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 21, 2017 06:45 Asia/Baku
  • Suriyanın şərqində İŞİD-in yeni cinayəti
    Suriyanın şərqində İŞİD-in yeni cinayəti

İŞİD terror qruplaşması Suriyanın şərqində Deyru-Zurda 19 suriyalı sivili edam edib.

Fars Xəbər Agentliyinin məlumatına görə, müxaliflərə bağlı Suriya "İnsan Haqları Gözətçisi" qrupu şənbə günü bildirib: 2 uşaq, iki qadın İŞİD terror qruplaşmasının qətlə yetirdiyi 19 nəfərin arasında olub. 

Müxaliflərə bağlı Suriya "İnsan Haqları Gözətçisi" qrupun bildirdiyinə görə, İŞİD ünsürləri Suriya Kürd Demokratik Qüvvələrindən 3 nəfəri oğurlayıblar. Onların taleyi hələ də naməlumdur. 

Qərargahı Londonda yerləşən müxaliflərə bağlı Suriya "İnsan Haqları Gözətçisi" qrupu bundan öncə də ötən 34 ay ərzində İŞİD terror qruplaşmasının 4 mindən çox insanı edam etdiyini bildirmişdi.