May 21, 2017 12:23 Asia/Baku
  • Daha bir qrup fələstinli əsir aclıq aksiyasına qoşulub
    Daha bir qrup fələstinli əsir aclıq aksiyasına qoşulub

Sionist rejimin həbsxanalarında daha bir qrup fələstinli əsir aclıq aksiyasına qoşulub.

İRNA-nın məlumatına görə, aclıq aksiyası keçirən əsirlərin rəhbəri Mərvan əl-Bərqusinin həyat yoldaşı deyib: 220-dən çox fələsitnli əsir bu gün aclıq aksiyası keçirən fələstinli əsirlərə dəstək üzrə bu aksiyaya qoşulub. 

Bu arada Fələstinli Əsirlərə Dəstək Milli Komitəsi bildirib: Bu gün fələstinli əsirlərin məhdudiyyətsiz aclıq aksiyasının 35-ci günündə iş yerlərində olması zəruri olan universitet işçiləri, məktəblilər, səhiyyə sektoru işçiləri istisna olmaqla fələstinli ictimai sektorlar saat 11-dən aksiyada iştirak ediblər. 

Fələstinli əsirlər 17 aprel Fələstinli Əsirlə Günündən sionist rejimin həbsxanalarda olan fələstinli əsirlərə qarşı vəhşicəsinə hərəkətləri və siyasətlərinə etiraz olaraq Azadlıq və Kəramət şüarı altında aclıq aksiyasına başlayıblar. 

Sionist rejim həbsxanlarında fələstinli əsirlərin aclıq aksiyası dünyanın müxtəlif ölkələrinin dəstəyinə səbəb olub və beynəlxalq təşkilatlar da sionist rejimdən məhbusların müraciətinə cavab verməsini istəyiblər. 

Teqlər