Əl-Həşədüşşəbi qüvvələri yaxın saatlarda Qirvan bölgəsini azad edəcək
Əl-Həşədüşşəbi əməliyyat rəhbəri bildirib ki, İraqın şimalında Neynəva vilayətinin qərbində yerləşən Qirvan bölgəsi yaxın saatlarda azad ediləcək.
Əbu Əli Əl-Bəsəri İRNA-ya verdiyi açıqlamada deyib: 12 mayda start götürmüş Qirvanın azad edilməsi əməliyyatı yaxın saatlarda sona çatacaq və Qirvan bölgəsi tam şəkildə terrorçuların işğalından azad ediləcək.
Əl-Bəsəri deyib: Terrorçu İŞİD qrupu Amerikanın istehsalı olan TAV tankı və Turenti əldə edib və buna görə də Həşədüşşəbi öz əməliyyatında dəyişiklik etmək məcburiyyətində qaldı və gündüz döyüşlərini gecə döyüşləri ilə əvəz etməli oldu.
Həşədüşşəbi əməliyyat rəhbəri deyib: Bəzi region ölkələri İŞİD-in yeni qüvvələrinin İraq ərazisinə daxil olmalarına silah və maliyyə yardımlar eləcədə keçid yaratmaqla kömək edirlər.