ABŞ və Ərəbistanın İrana qarşı birgə bəyanatı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i270192-abŞ_və_Ərəbistanın_İrana_qarşı_birgə_bəyanatı
ABŞ və Ərəbistan bir daha müştərək bir bəyanatda öz gümanlarına görə,"İranın regiondakı müdaxiləsi"nin dayandırılmasını istəyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 23, 2017 04:25 Asia/Baku
  • ABŞ və Ərəbistanın İrana qarşı birgə bəyanatı
    ABŞ və Ərəbistanın İrana qarşı birgə bəyanatı

ABŞ və Ərəbistan bir daha müştərək bir bəyanatda öz gümanlarına görə,"İranın regiondakı müdaxiləsi"nin dayandırılmasını istəyiblər.

ABŞ və Ərəbistanın İrana qarşı birgə bəyanatı İranın regiondakı müdaxiləsinin region və dünya üçün bir təhlükə olması iddiası ilə İranla nüvə anlaşmasının bəzi hallarının yenidən nəzərdən keçirilməsi vacibliyini vurğulayıb.

ABŞ və Ərəbistan həmçinin özlərinin müştərək bəyanatlarında İranın raket proqramını öz gümanlarına görə, "beynəlxalq təhlükəsizlik üçün bir təhdid" adlandırıblar.

ABŞ və Ərəbistanın İrana qarşı boş iddiaları elə bir haldadır ki, ABŞ, Ərəbistan və sionist rejimin siyasətləri region təhlükəsizliyinin pozucusudur və onların hərəkətləri region xalqlarının qırğını, həmçinin regionda terrorizm və zorakılığın genişlənməsinə gətirib çıxarıbdır.

İran raket məsələsində də dəfələrlə vurğulayıbdır ki, İranın hərbi qüdrətinin gücləndirilməsi önləyici bir hərəkətdir və onun davam etdirilməsi, xüsusən raket növlərinin düzəldilməsi və onların sınaqdan keçirilməsi üçün bir kəsdən icazə almayacaqdır.