May 23, 2017 11:50 Asia/Baku
  • Qəzzə aksiyasında ABŞ bayrağı və Trampın müqəvvası yandırılıb
    Qəzzə aksiyasında ABŞ bayrağı və Trampın müqəvvası yandırılıb

Qəzzə zolağında yaşayan fələstinlilər dünən gecə ABŞ prezidenti Donald Trampın işğal olunmuş ərazilərə qarşı səfəfinə etiraz olaraq, aksiya keçiriblər. Onlar ABŞ və sionist rejimin bayraqlarını, eləcə də Netanhayu və Trampın müqəvvalarını yandırıblar.

Əllərində, üzərlərində " Amerika və İsrail rejimi- terrorizm mehvəri!" kimi şüarlar yazılmış plakatlar tutan Qəzzə zolağının sakinləri ABŞ prezidentinin işğal olunmuş ərazilərə daxil olmasına etiraz ediblər.

Bundan öncə də İordan çayının qərb sahilndə yerləşən Qələndiyya şəhərində yaşayan fələstinlilər əllərində, üzərlərində sionist rejim məhbəslərində aclıq keçirən fələstinli əsirlərə dəstək verən və Trampa qarşı çıxan şüarlar yazılmış plakatlar tutaraq, ABŞ prezidentinin işğal olunmuş ərazilərə səfər etməsinə etiraz etmişdilər ki, sionist hərbçilərin basqını ilə onlardan bir qrupu yaralanmışdı.

ABŞ prezidenti Donald Tramp dünən tarixdə ilk dəfə olaraq, Ərriyad hava limanından birbaşa surətdə uçaraq, işğal olunmuş ərazilərə daxil oldu.

Teqlər