Kərzayın Trampın həyasızcasına sözlərinə reaksiyası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i270246-kərzayın_trampın_həyasızcasına_sözlərinə_reaksiyası
Hamed Kərzay Donald Trampın Ərriyad iclasındakı düşünülməmiş sözlərinə reaksiyada deyib ki, İŞİD terror qrupu Amerikanın siyasətlərinin məhsuludur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 23, 2017 12:47 Asia/Baku
  • Kərzayın Trampın həyasızcasına sözlərinə reaksiyası
    Kərzayın Trampın həyasızcasına sözlərinə reaksiyası

Hamed Kərzay Donald Trampın Ərriyad iclasındakı düşünülməmiş sözlərinə reaksiyada deyib ki, İŞİD terror qrupu Amerikanın siyasətlərinin məhsuludur.

ABŞ prezidenti Donald Tramp bazar günü Ərriyad iclasında İran daxil olmaqla bəzi islam ölkələrini terrorizmi himayədə ittiham edib.

Əfqanıstanın keçmiş prezidenti Hamed Kərzay deyib: Amerika İŞİD daxil olmaqla terror qruplarına sığınacaq verir və onları maliyyə və hərbi cəhətdən dəstəkləyir. Amerika Əfqanıstan, Yəmən, Suriya, İraq və Fələstin müsəlmanları daxil olmaqla günahsız insanlardan minlərlə nəfərin qırğın edilməsində mühüm rola malikdir və bu məsələ heç kəsə gizli deyildir. 

Pakistan parlamentinin üzvü və Təhrike Ensaf Partiyasının sədri də dünən İslamabadda müxbirlər qarşısında ABŞ prezidentinin Ərriyad iclasındakı həyasızcasına sözlərini pisləyibdir.