May 28, 2017 09:30 Asia/Baku
  • Suriya BMT-yə 2 etiraz məktubu göndərdi
    Suriya BMT-yə 2 etiraz məktubu göndərdi

Suriya Xarici İşlər Nazirliyi şənbə günü BMT baş katibi və Təhlükəsizlik Şurası sədrinə 2 etiraz məktubu göndərərək, ABŞ-ın başçılıq etdiyi koalisiyanın Deyrəzzur vilayətinin şərqinə olan hücumlarını kəskin formada pisləyib.

Əl-Aləm kanalının verdiyi məlumata görə, ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyası Deyrəzzurun şərqində yerləşən Əl-Məyadin şəhərini 2 mərhələdə bombardman edib. Nəticədə 50 mülki həlak olub. 

Suriya Xarici İşlər Nazirliyi öz etiraz məktubunda bildirib ki, ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyası öz qeyri-qanuni hücumlarının davamında terrorizm ilə mübarizə bəhanəsi ilə Suriyanın milli hakimiyyəti və ərazi bütövlüyü əleyhinə addımlar atır. 

Suriya Xarici İşlər Nazirliyi bu hücumların böhran və dağıntıların daha iri miqyas almasına səbəb olduğunu bildirərək, əlavə edib: ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriyaya qarşı hücumlarını dayandırması və Təhlükəsizlik Şurasının qətnamələrinin terrorizm ilə mübarizə haqda olan qətnamələrinin icra edilməsi bir zərurətdir. 

Teqlər