Ali-Səud müxaliflərini edam edir
-
Ali-Səud müxaliflərini edam edir
Səudiyə Ərəbistanı etiraz aksiyasında iştirak etdiyi üçün bir əlili edam etmək istəyir.
Londonda çıxan "İndependent" qəzeti yazır: Ərəbistan məhkəməsi etiraz aksiyasında iştirak etdiyi üçün əlil bir şəxsin boynu vurularaq edam edilməsi barədə qərar çıxardıb.
Qəzetin yazdığına görə, məhkəmə iclasında həmin şəxsə qarşı işgəncə altında alınmış etirafdan başqa heç bir fakt təqdim edilməyib.
23 yaşlı Münir Adəm 20112-ci ildə Şərqiyə vilayətində təhlükəsizlik qüvvələri tərəfindən ağır şəkildə döyülməsi nəticəsində eşitmə qabiliyyətini itirib. 2016-cı ildə isə məxfi formada təşkil edilmiş məhkəmə prosesində edama məhkum edilib.
Bir hüquq xeyriyyə təşkilatının müdiri olan Məyə Fəva bu barədə deyir: ABŞ prezidenti Donald Trampın Ər-Riyada olan son səfəri zamanı Ərəbistanda insan haqlarının kobud şəkildə pozulması məsələsini dilə gətirməkdə acizlik nümayiş etdirməsi Ali-Səud rejimini daha da həyasızlaşdırıb və hakim rejim əleyhinə etiraz aksiyasında iştirak edənləri edam etmək qərarına gəlməsinə səbəb olub.
Ərəbistan insan haqlarının heç bir məna kəsb etmədiyi və insanların sadə məsələlər üzündən edama məhkum edildiyi bir ölkədir. Buna baxmayaraq, Ərəbistan 2013-cü ildə 3 il müddətinə İnsan Haqları Şurasına üzv seçildi. Bu isə insan haqları müdafiəçilərinin ciddi narazılığına və etirazlarına səbəb olmuşdu.
Ərəbistanın İnsan Haqları Şurasına üzv seçilməsi əslində Ali-Səudun insan haqlarını kobud şəkildə pozması faktının Qərb dövlətləri tərəfindən aşkar formada himayə edilməsi və bu vəziyyətin davam etməsinə dəstəyin nümayiş etdirilməsi anlamına gəlir.