May 29, 2017 11:00 Asia/Baku
  • Şeyx Əli Salman
    Şeyx Əli Salman

Bəhreynin Əl-Vifaq islami cəmiyyətinin baş katibi həbsxanadan etdiyi müraciətdə Bəhreynin sifarişli məhkəməsinin ölkənin tanınmış ruhanisi İsa Qasimə qarşı hökmünü zalımcasına hökm və Bəhreyn xalqına qarşı planlaşdırılmış hücum adlandırıb.

İRİB-in verdiyi məlumata görə, əsassız ittihamlarla həbsdə olan şeyx Əli Salman şeyx İsa Qasimin sağlamlığına qarşı hər hansı təhlükənin məsuliyyətinin Bəhreyn rejiminin üzərinə düşdüyünü bildirərək deyib: Belə bir təqvalı ruhaninin dünyanın gözü qarşısında mühasirəyə alınması və onun azadlıqdan məhrum edilməsi utandırıcı haldır. 

Ali-Xəlifə rejimi dünən şeyx İsa Qasimə qarşı bir illik ev dustağı və onun əmlakının müsadirə edilməsinə dair hökm verib. Bu hökm Bəhreyndə xalq etirazlarına səbəb oldu. Bəhreynin təhlükəsizlik və polis qüvvələri etirazçılara qarşı repressiv əməliyyatlar həyata keçirdilər və bunun nəticəsində bir neçə nəfər həlak oldu 280 nəfər isə yaralandı. 

Beynəlxalq Amnistiya Təşkilatı cümə axşamı Ali-Xəlifə rejiminin cinayətinin ardınca bir hesabat yayaraq bildirdi ki, Bəhreyn rejiminin təhlükəsizlik qüvvələri dinc aksiya keçirən nümayişçilərə qarşı güc tətbiq edib. 

BAT  bildirib ki, Ali-Xəlifə rejiminin hərbçilərinin ötən həftə çərşənbə axşamı günü Manamanın Əd-Duraz məhəlləsinə qarşı hücumunda 5 nəfər həlak olub və yüzlərlə adam yaralanıb. 

Bəhreyn 2011-ci il fevralın 14-dən bəri Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir.

Bəhreyn xalqı ölkədə ədalət və azadlığın təmin edilməsi, demokratik hakimiyyətin yaranması, ayrı-seçkiliyə son qoyulmasını istəyir, amma rejim müxalifət liderlərini həbs edir və onlara qarşı cinayət işi açaraq uzun müddətə azadlıqdan məhrum edir.  

Teqlər