Yaralı fələstinli qız şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i271496-yaralı_fələstinli_qız_şəhid_olub
Bir fələstinli gənc qız sionist hərbçilərin atəşlərindən aldığı yaralar nəticəsində şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2017 14:00 Asia/Baku
  • Yaralı fələstinli qız şəhid olub

Bir fələstinli gənc qız sionist hərbçilərin atəşlərindən aldığı yaralar nəticəsində şəhid olub.

Hayfanın cənubundakı Əlxəzirə məntəqəsində yerləşən "Heliya Yafa" xəstəxanasının tibb mənbələri bildiriblər ki, dünən Ceninin cənub-qərbindəki yoxlama-buraxılış məntəqəsində sionist hərbçilərin atəşləri nəticəsində yaralanmış 16 yaşlı fələstinli gənc qız Nuf Uqab Ənfiat bu gün yaralarının ağırlığı üzündən şəhid olub.

İsrail rejiminin ordusu bir bəyanatda iddia edibdir ki, bu fələstinli qız "Mifo Dutan" sionist qəsəbəsinin girəcəyi yaxınlığında bir sionist hərbçini bıçaqla vurduqdan sonra atəşə tutulubdur.