İyun 02, 2017 19:22 Asia/Baku
  • Mübarək Ramazan ayında Bəhreynin Əldiraz məntəqəsində cümə namazı qılmaq qadağan edilib

Bəhreynin təhlükəsizlik qüvvələri Mübarək Ramazan ayının ilk cüməsində də Əldiraz məntəqəsində cümə namazının qılınmasına mane olublar.

Mübarək Ramazan ayının ilk cüməsində bəhreynli namazqılanlar xəfiyyə qüvvələrinin maneçilik törətmələrindən sonra öz namazlarını fərdi şəkildə Əldiraz məntəqəsində yerləşən İmam Sadiq(ə) məscidində qılıblar.

Belə bir halda, Əldiraz məntəqəsinin sakinləri könüllü şəkildə aksiya keçiriblər. Onlar bu məntəqədəki qanlı qırğınların pislənilməsi və həyatlarını itirənlərə vəfadarlıq nişanəsi olaraq, şüarlar veriblər.

Ali-Xəlifə rejiminin məhkəməsi 2017-ci il mayın 21-də Şeyx İsa Qasimi bir il həbsə və əmlakının müsadirə olunmasına məhkum etdi və sonra xəfiyyə qüvvələri Şeyx İsa Qasimin yaşadığı Əldiraz məntəqəsinə hücum etdilər. Bu hücumda altı nəfər həlak oldu, 200 nəfərdən çox insan yaralandı və təqribən 300 nəfər də həbs edildi.

Bəhreyn 2011-ci ildən bəri Ali-Xəlifə rejiminin repressiv siyasətəri nəticəsində ümumi narazılıq böhranı ilə üzləşir.

Teqlər