Suriyanın Hələb vilayətinin şərqində 15 kənd və qəsəbə azad edilib
İyun 02, 2017 22:25 Asia/Baku
Suriyanın ordusu və silahlı qüvvələri Hələb vilayətinin şərqində 15 kənd və qəsəbəni İŞİD-in işğalından azad ediblər.
Daxil olan məlumatlara görə, Suriyanın ordusu və silahlı qüvvələri Hələb vilayətinin şərqində İŞİD ilə mübarizənin davamında 15 kənd və qəsəbəni İŞİD-in işğalından azad ediblər.
Suriya ordusunun əməliyyatında Feysəl və Kuas körpüləri də azad edilib. Onlarla İŞİD terrorçusu öldürülüb. Bu irəliləyişlə İŞİD-in Hələb vilayətindəki sonuncu bazası kimi Məskənə qəsəbəsinin qərb məntəqələri təmizlənibdir.
Həmçinin 500-dən çox silahlı ünsürün öz ailəsilə yanaşı Dəməşqin şimal-şərqində yerləşən Bərzə məntəqəsindən çıxmasına hazırlıq işləri görülməkdədir. Bu silahlı ünsürlər iyirmi avtobusla məntəqədən çıxacaqdır.