İyun 03, 2017 13:53 Asia/Baku
  • Bəhreyn xalqı Amerikaya qarşı aksiya keçirib
    Bəhreyn xalqı Amerikaya qarşı aksiya keçirib

Dünən yüzlərlə bəhreynli Amerikanın bu ölkədəki hərbi fəaliyyətlərinə qarşı aksiya keçirib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, 14 fevral koalissiyası başda olmaqla bəzi qrupların çağırışı əsasında paytaxt Manamanın Ədduraz məhəlləsinin sakinləri Amerikanın Bəhreyndəki hərbi fəaliyyətlərinə qarşı aksiya keçirib. Bəhreyn vətəndaşları inqilabçı hərəkatın davam edəcəyini vurğulayıb. 

Bəhreynin təhlükəsizlik qüvvələri nümayişçilərə hücum ediblər və toqquşma baş verib. 

Öncə 14 fevral hərəkatının rəhbərlərindən olan Üsam Əl-Mənami demişdi ki, 14 fevral gənclər koalissiyası mübarək ramazan ayının ilk cüməsini Amerika hərbçilərinin bəhreyndən qovulması günü elan edir. 

Amerika və Bəhreyn arasında 1971-ci ildə imzalanmış hərbi razılaşma əsasında Bəhreyndə 40 kvadrat km sahədə ərazi Amerikanın ixtiyarına verilib. 

1993-cü ildə ABŞ ordusu dəniz qoşunlarının bəhreyndə regional baş qərargahı yaradıldı və 1995-ci ildə Bəhreyn ABŞ dəniz qoşunlarının 5-ci hərbi dəniz donanmasına rəsmən ev sahibliyi etdi. 

Teqlər