İyun 03, 2017 17:54 Asia/Baku
  • Suriya ordusu Hələb vilayətində irəliləyir
    Suriya ordusu Hələb vilayətində irəliləyir

Suriya ordusu Hələb vilayətində yerləşən Xənasir - Əsərya şose yolunun şərqində, Təvihinə sıra dağlıarının şərq və mərkəzi hissələrini terrorçuların işğalından azad edib.

Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Suriya ordusu Hələbin şimal istiqamətində öz irəliləyişlərinin davamında Təvlihinə sıra dağlarının müəyyən hissələrinə nəzarəti təmin etməklə yanaşı, bir qrup İŞİD terrorçusunu və onlara məxsus hərbi təchizatları məhv edib.

Suriya ordusu ötən gün Xənasir şəhərinin ətrafında hərbi əməliyyatlara başlayıb və strateji əhəmiyyətli Təl-Ələm yüksəkliyini terrorçuların işğalından azad edib.

Bu arada İŞİD terrorçuları Deyrəzzur vilayətində yerləşən strateji əhəmiyyətli Am Əbud və Sənuf yüksəkliklərinə nəzarəti ələ keçirməyə çalışıblar. Amma, ordu qüvvələrinin müqaviməti ilə üzləşən terrorçular nakam qalaraq, geri çəkilməyə məcbur olublar. Bu əməliyyatda bir qrup terrorçu ölüb və yaralanıb.

Başqa bir məlumata görə, ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyası Deyrəzzur vilayətində 3 neft yatağını bombardman edib.

Anti-İŞİD koalisiyasının Rəqqəyə olan son hücumunda 43 nəfər həyatını itirmişdi.

Teqlər