Əfqanıstanda partlayış; 6 polis həlak oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i271708-Əfqanıstanda_partlayış_6_polis_həlak_oldu
Əfqanıstanın Qəndəhar vilayətində partlayış nəticəsində azı 6 polis həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 04, 2017 09:04 Asia/Baku
  • Əfqanıstanda partlayış; 6 polis həlak oldu

Əfqanıstanın Qəndəhar vilayətində partlayış nəticəsində azı 6 polis həlak olub.

Sin-Xoa İnformasiya Agentliyinin məlumatına görə, bu gün səhər Qəndəhar vilayətində baş verən partlayışda 5 polis də yaralanıb.

Bu terror aktı barədə ətraflı məlumat yayımlanmayıb.

Amma Taliban qrupu bu terror aktının məsuliyyətini üzərinə götürüb.

Qəndəhar Əfqanıstanın cənubunda destabil vilayətlərdən biridir. Taliban üzvləri əsasən bu vilayətdə aktivdirlər.

Ötən bir neçə gündə Əfqanıstanın müxtəlif bölgələri, o cümlədən Kabil şəhərində ardıcıl partlayışlar baş verib. Nəticədə 120 nəfər həlak olub, 580 nəfər də yaralanıb.

İŞİD çərşənbə günü Kabildə törədilən terror aktının məsuliyyətini üzərinə götürüb.