Səudiyyə koalisiyasında Qətərin iştirakına son qoyulub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i271844-səudiyyə_koalisiyasında_qətərin_iştirakına_son_qoyulub
Səudiyyə Ərəbistanının başçılıq etdiyi Yəmən əleyhinə koalisiyanın komandanlığı Yaxın Şərq regionundakı addımlarına görə, Qətərin bu koalisiyada iştirakına son qoyub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2017 07:33 Asia/Baku
  • Səudiyyə koalisiyasında Qətərin iştirakına son qoyulub
    Səudiyyə koalisiyasında Qətərin iştirakına son qoyulub

Səudiyyə Ərəbistanının başçılıq etdiyi Yəmən əleyhinə koalisiyanın komandanlığı Yaxın Şərq regionundakı addımlarına görə, Qətərin bu koalisiyada iştirakına son qoyub.

Səudiyyə Ərəbistanı ABŞ-ın yaşıl işığı və bəzi ərəb ölkələrinin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hücumlara başlayıb və muzdlularını iqtidara qaytarmaq niyyətindədir. Lakin indiyə qədər məğlubiyyətə uğramışdır. 

Qətər və Fars körfəzinin ətrafındakı ərəb ölkələri arasında əlaqələr Qətərin Dövlət İnformasiya Agentliyinin hakerlər tərəfindən sındırılması ilə gərginləşib və o zamandan hər gün ağırlaşmaqdadır. Bu iş ABŞ prezidenti Donald Trampın 2017-ci il may ayının sonlarında Səudiyyə Ərəbistanına səfərindən sonra baş verib. 

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin Qətərlə öz diplomatik əlaqələrini dayandırmasını elan etməsindən bir neçə saat sonra Səudiyyə Ərəbistanının Yəmən əleyhinə koalisiyasının komandanlığı Qətərin bu koalisiyadakı iştirakına son qoyulduğunu bildirib. 

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın komandanlığı bildirib: Yəməndə terror qruplaşmaları, o cümlədən əl-Qaidə, İŞİD-i dəstəkləmək və regionda fitnəkarlığına görə, Qətərin bu koalisiyada iştirakına son qoyulmasına qərar verilmişdir. 

Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misir bazar ertəsi günü Qətərlə diplomatik əlaqələrini dayandırdıqlarını elan ediblər.