İyun 06, 2017 15:12 Asia/Baku
  • PressTv-nin operatoru dəfn edilib
    PressTv-nin operatoru dəfn edilib

Çərşənbə günü Kabildə baş verən terror aktında şəhid olmuş PressTv-nin Əfqanistan üzrə operatoru Həbibullah Hüseynzadənin cənazəsi bu gün səhər çağı Kabilin qırxqız təpəsində dəfn edilib.

PressTv-nin müxbirinin cəsədi dünən axşam, hadisədən beş gün sonra aşkar edilib və ailəsi onu dəqiqləşdiriblər. 

Həbib Hüseynzadə çərşənbə günü evindən iş yerinə gedərkən Kabilin Vəzir Əkbərxan bölgəsində törədilən terror aktı nəticəsində şəhid olub. 

Bu PressTv-nin Əfqanıstanda terror aktları nəticəsində şəhid olan ikinci operatorudur. 

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni bu gün bildirib ki, Kabilin diplomatik bölgəsində TNT daşıyan yük maşınının partladılması nəticəsində 150-dən çox adam ölüb 300 nəfər yaralanıb. 

Əfqan qaynaqları öncə bu hadisədə ölənlərin sayının 100 yaralananların isə 400 nəfər olduğunu bildirmişdilər. 

Teqlər