Fars körfəzində yeni böhran
https://azeri.sahartv.ir/news/qərbi_asia-i271996-fars_körfəzində_yeni_böhran
Ərəbistan və ardınca bir neçə ərəb ölkəsinin Qətər ilə diplomatik əlaqələrini kəsmələri regionu yeni bir böhrana sürükləyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2017 14:46 Asia/Baku
  • Fars körfəzində yeni böhran
    Fars körfəzində yeni böhran

Ərəbistan və ardınca bir neçə ərəb ölkəsinin Qətər ilə diplomatik əlaqələrini kəsmələri regionu yeni bir böhrana sürükləyir.

Ərəbistan və ardınca bir neçə ərəb ölkəsinin Qətər ilə diplomatik əlaqələri kəsmələrinin ardınca İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Qətərli həmkarı ilə telefon əlaqəsi saxlayıb. Məhəmməd Cavad Zərif bu telefon danışığında yaranmış böhran ilə bağlı Məhəmməd bin Əbdürrəhman Ali Sani ilə fikir mübadiləsi aparıb. Zərif daha sonra Livan, Əlcəzair və Küveytin xarici işlər naziri habelə, Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini ilə telefon əlaqəsi saxlayıb. Omanın xarici işlər naziri Yusif bin Ələvi də Qətər rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq üçün Dohaya səfər edib. Ərəbistan, Misir, Liviya, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn dünən Qətər ilə bütün diplomatik əlaqələrini kəsiblər. Dəlil olaraq isə Qətərin terrorizmi himayə etməsini səbəb göstəriblər.

 

Fars Körfəzinin cənub sahillərində yeni böhran. Ərəbistan, Misir, Liviya, BƏƏ və Bəhreyn ahəngdar bir hərəkətdə Qətər ilə diplomatik əlaqələrini kəsiblər. Səbəb olaraq isə Qətərin İŞİD, Müsəlman Qardaşları və Əl-Qaidə terror qruplaşmalarını himayə etdiyi habelə, Yəmən və Bəhreyndə müxalif qüvvələri dəstəklədiyi göstirlir. Ərəbistanın Qətər ilə diplomatik əlaqələrini kəsdiyini elan etməsinin ardınca BƏƏ, Bəhreyn və Liviya da Ərəbistana dəstək olaraq Qətər ilə əlaqələrini kəsiblər. Analitiklərin dediyinə görə, Doha Ali-Səudun siyasətlərinə dəstək vermədiyi üçün bu formada cəzalandırılır.

 

Səid Sadiq – Qahirə Universitetinin müəllimi:

“Qətər Ərəbistan və müttəfiqləri tərəfindən Ərəb ölkələri başçıları və Tramp arasında baş tutan Ər-Riyad iclasının hədəf və məqsədləri ilə müxalif olmaqda ittiham edilir. Doha bu ölkələr tərəfindən verilən ultimatumları görməməzliyə vuraraq, İrana müsbət mesajlar da göndərmiş oldu. İndi, Qətər bu itaətsizliyinin cəzasını çəkməlidir.”

 

Bəzi analitiklər isə bildirirlər ki, Qətər Suriya ilə bağlı siyasətlərini yenidən nəzərdən keçirməsi və İrana yaxınlaşması ilə Ali-Səudu qəzəbləndirmiş olub. Halbuki, Ər-Riyad Trampın səfərinin ardınca bir az da ruhlanaraq, öz siyasətlərini daha ciddi formada izləməyə başlayıb.

 

Fuad İzədi – siyasi şərhçi:
“Son olaylar Qətərin İrana daha artıq yaxınlaşmasına səbəb ola bilər. Və heç şübhəsiz İran ilə yaxın münasibətlər bu ölkələrin xeyrinədir və sadəcə İsrailin zərərinədir. Geo-siyasi baxımdan regionda böyük bir zəlzələ baş verməkdədir. Qənaətimə görə, Suriyada yaşanan uğursuzluq region ölkələrinin öz ənənəvi müttəfiqləri ilə bağlı baxışlarını yenidən nəzərdən keçirmələrinə səbəb olub.”

 

Daha öncə də Ərəbistan və Qətər arasında böhranın şahidi olmuşduq və sonuncusu 3 il bundan öncəyə qayıdır. Amma, dünəndən başlanan son böhran indiyə kimi misilsiz olub. Qətərin xarici işlər naziri Dohada Əl-Cəzirə telekanalına verdiyi müsahibədə heç bir ölkəyə Qətərin daxili işlərinə müdaxilə icazəsinin verilməyəcəyini deyib.

 

Məhəmməd bin Əbdürrəhman Ali Sani – Qətərin xarici işlər naziri:

“Yaranmış böhranın insanların həyatına və dövlət əhəmiyyətli layihələrə zərər vurmaması üçün strateji proqram hazırlanıb. Qətər öz maraqlarına uyğun şəkildə öz proqramlarını siyasi müdaxilə və təzyiqlər olmadan həyata keçirə bilər. Biz heç bir ölkəyə daxili işlərimizə müdaxilə icazəsi vermirik.”

 

İndi 2.2 milyon əhalisi olan Qətərin 37 yaşlı gənc kralı Şeyx Təmim bin Həməd Ali Saninin  rəhbərliyi ilə Ali-Səud tərəfindən yaradılan böhrandan necə xilas olacağını isə zaman göstərəcək.