Bəhreyn BMT heyətinin girişinə mane olur
İyun 06, 2017 19:58 Asia/Baku
-
Bəhreyn BMT heyətinin girişinə mane olur
BMT Ali Komisarlığı Ali-Xəlifə rejiminin siyasi fəallara qarşı hərəkətlərini qınayaraq deyib: Bəhreyn hökmranları son 5 ildə BMT-nin xüsusi heyətinin bu ölkəyə səfərinə mane olublar.
Məratül-Bəhreyn xəbər portalının verdiyi məlumata görə, Zeyd Rəd Hüseyn bu gün Cenevrədə BMT-nin insan haqları məclisinin 35-ci dövrünün açılışı mərasimində etdiyi çıxışında deyib: Son beş ildə Bəhreyndən beş dəfə istənilib ki BMT-nin xüsusi heyətinin bu ölkəyə səfərinə şərait yaratsın.
Zeyd Rəd Hüseyn həmçinin Bəhreyn vətəndaşlarının anlaşılmaz və naməlum qanunlar çərçivəsində həbs edilməsini vətəndaş hüququnun inkar edilməsi adlandırıb və bəzi ölkə başçılarının bu barədə susqunluğunun rüsvayçı hərəkət olduğunu deyib.