Həmas Adil əl-Cübeyrin açıqlamasına reaksiya verdi
Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS Səudiyyə Ərəbistanı xarici işlər nazirinin bu hərəkata qarşı açıqlamasının beynəlxalq qanunlar və ərəb və islam mövqelərinə zidd olduğunu bildirib.
Ərəbistan xarici işlrə naziri Adil əl-Cübeyr çərşənbə axşamı günü Qətərin HƏMAS hərəkatına dəstəyi haqda xəbərdarlıq edib. O deyib ki, Qətər HƏMAS kimi qruplara dəstəyinə son qoymalıdır.
Fars Xəbər Agentliyinin məlumatına görə, HƏMAS Hərəkatı bildirib: Bu açıqlama Fələstin xalqı və islam ümmətini zəiflətmək üçün səudiyyəlilərin səylərini əks etdirir. Halbuki Fələstin amalı, müqavimət və mübarizə haqqı müqəddəslər və işğal olunmuş ərazilər azad olunana qədər davam etməlidir.
HƏMAS Hərəkatı həmçinin əl-Cübeyrin mövqeyinin sionist rejimin xeyrinə olduğunu bildirib: Sionist düşmən bu mövqedən sui-istifadə edərək Fələstin xalqına, Qüds və əl-Əqsa məscidinə qarşı əlavə cinayətlər törətmək üçün əlverişli fürsət yaradacaq.