Suriya ordusu Rəqqənin qərbində irəliləyir
İyun 08, 2017 17:11 Asia/Baku
Suriya qırıcıları cümə axşamı Rəqqə şəhərinin qərbində İŞİD terrorçularının mövqelərini hədəfə alıb.
İRİB-nin verdiyi məlumata görə, Suriya qırıcıları ABŞ tərəfindən himayə olunan kürd yaraqlıları və müxalif qüvvələri Rəqqə şəhərini ələ keçirmək üzrə səyləri ilə bir vaxtda İŞİD-in mövqelərinə zərbələr endirib.
Suriya İnsan Haqları Gözətçisi Təşkilatının sədri Rami Əbdürrəhman daha öncə bildirmişdi ki, Suriya qüvvələri Hələbin azad edilməsindən bir il sonra ilk dəfə olaraq Rəqqə vilayətinə daxil olublar.
Hələb Rəqqənin qərbində yerləşir və ötən Suriya ordusu bu şəhəri terrorçuların işğalından azad edib.