Qətər barədə Ərəbistan-BƏƏ-Misir-Bəhreyn bəyanatı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i272424-qətər_barədə_Ərəbistan_bƏƏ_misir_bəhreyn_bəyanatı
Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn bu gün səhər tezdən bir bəyanat yayaraq, Qətərlə öz diplomatik əlaqələrinin kəsilməsinə təkid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2017 11:13 Asia/Baku
  • Qətər barədə Ərəbistan-BƏƏ-Misir-Bəhreyn bəyanatı

Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn bu gün səhər tezdən bir bəyanat yayaraq, Qətərlə öz diplomatik əlaqələrinin kəsilməsinə təkid ediblər.

Ərəbcə yayılan Skay-Nyus xəbər kanalının məlumatına görə, bu bəyanatda iddia olunubdur ki, "terrorçularla və onların maliyyə mənbələri ilə mübarizə, onların meydana gəldikləri məkana məhəl qoyulmadan davam etdiriləcəkdir".

Bu bəyanata görə, ərəb ölkələrində 59 şəxs və 12 təşkilat terrorizmi himayə və Qətərlə bağlılıq daxil olmaqla puç ittihamlarla terror qrupları kimi təqdim olunubdur.

Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreynin yaydıqları qeyd olunan bəyanatda iddia olunubdur ki, Qətər bir tərəfdən, terrorizmlə mübarizə apardığını iddia edir, digər tərəfdən isə müxtəlif terror qruplarına sığınacaq verərək, onları himayə edir.