İyun 10, 2017 11:05 Asia/Baku
  • BAT: Ərəbistan insanların həyatı ilə oynayır
    BAT: Ərəbistan insanların həyatı ilə oynayır

Beynəlxalq Amnistiya Təşkilatı Səudiyyə Ərəbistanı və bəzi müttəfiqlərinin Qətəri boykot etməsini bir bölgədə minlərlə insanın həyatı ilə oynamaq adlandırıb.

Khalijonline xəbər portalının məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatı bir hesabatda bildirib: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin Qətər əleyhinə tətbiq etdikləri hərəkətlər nəticəsində Fars körfəzində onlarla insanın hüquqları təsir altına düşüb. 

Beynəlxalq Amnistiya Təşkilatının insan haqları proqramı üzrə sədr müavini Ceyms Linç bildirib: Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Qətərlə əlaqələri kəsməsi həm Qətərdə, həm də o ölkələrdə övladların ata-analardan, kişilərin öz həyat yoldaşlarından ayrılmasına səbəb olub və bir çox vətəndaş öz işini itirib. 

Qətər İnsan Haqları Milli Komitəsi bundan öncə bildirib ki, 11 min Bəhreyn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı Qətərdə yaşayır və qarşılıqlı olaraq çoxlu sayda Qətər vətəndaşı da bu üç ölkədə yaşayır. 

Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətərlə diplomatik əlaqələri kəsərək bu ölkə ilə hava və dəniz səfərlərini dayandırıb və quru keçidləri də bağlayıblar. 

Regionda terror qruplaşmalarını dəstəkləməkdə əsas suçlanan tərəfin Səudiyyə Ərəbistanı olduğu halda, bu ölkə diplomatik əlaqələrin dayandırılmasının səbəbini Qətərin radikal qrupları dəstəkləməsi adlandırıb. 

Teqlər