Qətər dost ölkələrlə əməkdaşlığı müsbət qarşıladı
-
Məhəmməd Bin Əbdürrəhman Ali-Sani
Qətər və bəzi ərəb ölkələri əlaqələrində böhranın güclənməsi ilə yanaşı Qətərin xarici işlər naziri Məhəmməd Bin Əbdürrəhman Ali-Sani dost ölkələrlə əməkdaşlığı vurğulayıb.
İRNA-nın məlumatına görə, Qətər xarici işlər naziri bu gün öz Twitter səhifəsində yazıb: Qətər əleyhinə yaranmış kampaniya ilə əlaqədar məsələlər Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini ilə görüşdə araşdırıldı.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun sözlərinə görə, bu birlik Fars körfəzində gərginliklərin zərərsizləşdirilməsi üçün Küveyt əmirinin vasitəçilik səylərini tam şəkildə dəstəkləyir.
Küveyt Əmiri Şeyx Sabah əl-Əhməd qətərli həmkarı ilə telefon söhbətində regionun stabilliyinin vacibliyini vurğulayıb: Hazırkı gərgin dövrdə dialoq və müzakirə yolu ilə ixtiafların dərinləşməsinə mane olmaq lazımdır ki, daha pis mərhələlərə keçməsin.
Bununla belə Səudiyyə Ərəbistanı Qətərlə barışmamaq üçün öz mövqeyində israrlıdır.
Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətərlə diplomatik əlaqələrini kəsməklə yanaşı bu ölkəyə hava və dəniz səfərlərini dayandırıb və quru keçidləri bağlayıblar.
Bu hərəkətin ardınca, Ərəbistanla eyni mövqedə olan bəzi ölkələr Qətərlə münasibətləri dayandırıblar.
Regionda terror qruplaşmalarını dəstəkləməkdə əsas müttəhim sayılan Ərəbistan Qətərlə əlaqələrin dayandırılmasının səbəbini bu ölkənin radikal qrupları dəstəkləməsi elan edib.