Qətərlilər Məscidül-Hərama buraxılmayıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i272660-qətərlilər_məscidül_hərama_buraxılmayıblar
Səudiyyə Ərəbistanı və bir neçə ərəb ölkəsinin Qətər ilə əlaqələrinin dayandırılmasının ardınca səudiyyəlilər Qətər vətəndaşlarının Məscidül-Hərama daxil olmalarına imkan verməyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2017 13:53 Asia/Baku
  • Qətərlilər Məscidül-Hərama buraxılmayıblar
    Qətərlilər Məscidül-Hərama buraxılmayıblar

Səudiyyə Ərəbistanı və bir neçə ərəb ölkəsinin Qətər ilə əlaqələrinin dayandırılmasının ardınca səudiyyəlilər Qətər vətəndaşlarının Məscidül-Hərama daxil olmalarına imkan verməyiblər.

Qətərdə çıxan Əşşərq qəzetinin internet portalının verdiyi məlumata görə, Qətərin insan haqları milli komitəsinin rəisi Əli Bin Səmix Əl-Morri deyib: Bu komitəyə Qətər vətəndaşlarından şikayətlər daxil olub. Bu şikayət ərizələrində Ali-Səud məmurlarının onların Məscidül-Hərama daxil olmalarına imkan verməmələri və onlardan dərhal Səudiyyə torpaqlarını tərk etmələrini istəmələri öz əksini tapıb. 

Əli Bin Səmix Əl-Morri həmçinin ərəb ölkələrinin Qətərə qarşı sanksiya qərarını kollektiv cəza və beynəlxalq cinayət adlandırıb. 

Qətərin insan haqları milli komitəsinin sədri deyib: İndiyədək bu komitə Qətərin mühasirəsindən ziyan çəkənlər tərəfindən 700 şikayət daxil olub və komitə bu mövzunu insan haqları gözətçiləri təşkilatının diqqətinə çatdırıb.