İyun 11, 2017 19:06 Asia/Baku
  • Suriya ordusu İraq sərhədlərində
    Suriya ordusu İraq sərhədlərində

Suriya ordusu terrorçular ilə son döyüşlərin ardınca İraq ilə sərhəd məntəqələrə nəzarəti təmin edib.

Suriya ordusu İraq sərhədlərinə çatdı. Suriya ordusu terrorçuları geri çəkilməyə məcbur edərək, özünü İraqın könüllü xalq qüvvələrinin nəzarəti altında olan sərhəd bölgəsinə çatdırıb. İraqın könüllü xalq qüvvələri təqribən 10 gün öncə Suriya ilə sərhəd məntəqələri nəzarət altına alaraq, bu ərazilərin terrorçulardan təmizlənməsinə başlayıb. İraqın başnaziri Heydər İbadi isə terrorçuların ölkə daxilinə nüfuz yollarının bağlanmasına işarə edərək, deyib: Mosulun qərbində yerləşən Təl Əfər və Kərkükün cənubunda yerləşən Hüvəycə şəhərlərinin azad edilməsi əməliyyatına tezliklə start veriləcəyini bildirib.

 

Suriyalılar da sərhədə çatdılar. Bir müddət öncə İraqın könüllü xalq qüvvələri iki ölkə sərhədlərinin şərq hissəsini terrorçulardan təmizləməyə nail oldular. İndi isə Suriya ordusu özünü sərhəd məntəqələrə çatdıraraq, bəzi nöqtədə iraqlı qüvvələr ilə əl-ələ verməyi bacarıb. Suriyalılar da iraqlılar kimi öz sərhədlərində buldozerlər ilə torpaq sədlər çəkərək, terrorçuların nüfuz yollarını bağlamağa başlayıblar.

 

General-mayor İbrahim Həsən – Suriya ordusunun sözçüsü:

Suriya ordusu dost ölkə olan İraq ilə sərhədlərə çatmağı bacarıb. Suriya ordusu Şam Səhrasında bir sıra mühüm məntəqəyə nəzarəti təmin edib və 20 min kvadrat kilometrlik ərazini terrorçulardan təmizləyib.

 

Təqribən 3 il öncə terrorçular elə bu sərhədlərdən İraqın daxilinə nüfuz etmişdilər. Terrorçular iraqın şimal-qərbinə nəzarəti ələ keçirərək, İraq və Suriyada hökmranlıq eşqinə düşmüşdülər. İndi bir tərəfdən iraqlılar, digər tərəfdən isə suriyalılar terrorçuları öz sərhədlərindən geri oturdaraq, sərhədləri bağlayır və terrorçulara bir daha belə bir fürsət vermək niyyətində olmadıqlarını göstərirlər. İraqın könüllü xalq qüvvələri ilə suriyalı qüvvələrin iki ölkə sərhədlərində bir araya gəlməsi isə Amerika və sionistlər üçün acı gerçəklikdən başqa bir şey deyil. Müqavimət cəbhəsini məhv etməyi qarşıya məqsəd qoyan Amerika və sionistlər indi müqavimət qüvvələrinin yenidən bir araya gəlməsinin şahididirlər. İndi, sionistlər daha böyük kabusa malikdirlər.

 

İhud Yəmra – İsrailin ərəb məsələləri üzrə analitiki:

İranlılar və Əsəd Suriyası Rusiyanın köməyi ilə Amerikanı aldatdılar və İraq sərhədlərində könüllü xalq qüvvələri ilə bir araya gəldilər. Rusiyanın himayə etdiyi İran, Suriya və Hizbullah koalisiyası böyük bir təhdiddir. Onlar Colan yüksəkliklərinə çatmaq istəyirlər. Biz praktiki olaraq strateji əhəmiyyət daşıyan olaylar ilə üz-üzəyik.

 

İraqlı və suriyalı qüvvələrin iki ölkə sərhədlərində birləşməsi ilə indi onlar terrorçuların məhvi istiqamətində birgə məqsədlərinə çatmaq üçün daha ciddi səy göstərəcəklər. İndi terrorçular iki ölkə sərhədlərinin şimal hissəsində məhdud bir ərazidə mühasirəyə düşüblər və iraqlılar şərqdən, suriyalılar isə qərbdən onların üzərinə yürüyürlər.

 

Teqlər