İraq xalq səfərbər qüvvələrinin təsis olunmasının 3-cü ildönümü
İraq xalq səfərbər qüvvələri komandanlarından bir qrupu İraqda bu qüvvələrin təsis olunmasının üçüncü illiyində bildiriblər ki, cihad fitvası elə verildiyi ilk gündəki qüvvəsində durmaqdadır.
Minlərlə könüllü Nəcəf Əşrəfdə mərcəiyyətin səsinə səs verib və İraq xalq səfərbər qüvvələrinin təsis olunmasının üçüncü ildönümü günü idi. Bu qüvvələrin gündəliyi qələbələr və terrorçuları qovmaqla doludur.
İraq xalq qüvvələri təşkilatının sədr müavini Əbu Mehdi əl-Mühəndis bu mərasimdə deyib: Könüllülər xüsusi şəkildə təşkilatlanıblar, ordu və polisi dəstəkləyiblər, planların tənzimlənməsi, klassik əməliyyatlarda və şəhər döyüşlərində uğur qazanıblar, eləcə də paralel hərbi qüdrət çərçivəsində xalqın potensiallarını ictimai imkanlara əsasən təşkilatlandırıblar.
İraq xalq səfərbər qüvvələrinin sözçüsü Əhməd əl-Əsədi deyib: Xalq səfərbər qüvvələrinin təsis olunmasının ildönümü münasibəti ilə təbrik edirəm. Bu qüvvələr İraq xalqı və səfərbərlərin şücaətlərini nümayiş etdirdilər.
İraq parlamenti bir qanun təsdiqləyib. Bu qüvvələrin imkanları İraq Silahlı Qüvvələri Baş Komandanlığının fərmanı ilə gücləndirilir.
Bu mərasimdə iştirak edən alimlərdən biri deyib: Bu fitva verildiyi zaman xalq kütlələrinin necə axışdığını və İraq ərazisi, müqəddəsləri və xalqını və bu ölkənin birliyini necə müdafiə etdiklərini gördük.