İŞİD terror hücumlarını artıracağını bildirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i272836-İŞİd_terror_hücumlarını_artıracağını_bildirib
İŞİD terror qruplaşması tabeliyində olan terrorçulardan dünyanın müxtəlif məntəqələrində terror aktları törətmələrini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2017 06:17 Asia/Baku
  • İŞİD terror hücumlarını artıracağını bildirib
    İŞİD terror hücumlarını artıracağını bildirib

İŞİD terror qruplaşması tabeliyində olan terrorçulardan dünyanın müxtəlif məntəqələrində terror aktları törətmələrini istəyib.

İŞİD terror qruplaşması bazar ertəsi günü yeni bir audio-müraciət yayaraq, Amerika, Avropa, Rusiya, Avstraliya, İraq, Suriya və Filippindəki tərəfdarlarından Ramazan ayı boyunca bu ölkələrdə terror aktları törətmələrini istəyib. 

İRNA-nın verdiyi məlumata görə, İŞİD terror qruplaşmasının teleqram kanalında yayımlanan audio-müraciətdə Ramazan ayında terror hücumlarının həyata keçirilməsi istənilib. Bu audio-müraciətin İŞİD-in sözçüsü Əbülhəsən Mühacir tərəfindən səsləndirildiyi güman edilir. 

O, bu audio-müraciətdə İŞİD-in Avropa, Amerika, Rusiya, Avstraliya və digər ölkələrdəki tərəfdarlarından istəyir ki, özlərindən öncəki İŞİD terrorçularını nümunə götürərək, İŞİD-in düşmənlərinə qarşı terror hücumları həyata keçirsinlər.