Səudilər Qətərə qarşı təzyiqlərini artırıblar
İyun 13, 2017 10:30 Asia/Baku
-
Səudilər Qətərə qarşı təzyiqlərini artırıblar
Səudiyyə Ərəbistanının Mədəniyyət və İnformasiya Nazirliyi Qətərin BNSport portalını blok edib.
BNSport xəbər portalı Qətərin idman xəbərlərini yayır.
İRNA-nın verdiyi məlumata görə, Qətərin BNSport telekanalının istifadəçiləri dünən gecə Səudiyyə Ərəbistanı ərazisindən bu portala girmək istəyərkən bu portalın blok edildiyinə dair bildirişin şahidi olublar.
Birləşmiş Ərəb Əmirliklərinin İttisalat və DU şirkətləri də Qətərə qarşı sanksiyalarda Səudiyyə Ərəbistanı ilə ahəngdar olmaq üçün Qətərin BNSport kanallarına hər hansı xidməti qadağan edib.
Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir iyunun 5-də Qətər ilə diplomatik əlaqələrini kəsdilər.
Teqlər