İyun 13, 2017 16:28 Asia/Baku
  • Qəzzafinin oğlunun azad edilməsi qeyri-qanunidir
    Qəzzafinin oğlunun azad edilməsi qeyri-qanunidir

Liviya prokuroru bu ölkənin öldürülmüş diktatorunun oğlunun azadlığa buraxılmasını qeyri-qanuni adlandırıb.

Əl-Qods Əl-Ərəbi qəzetinin internet portalının verdiyi məlumata görə, Liviya baş prokuroru bu gün Liviyanın öldürülmüş diktatorunun oğlu Seyfül-islam Qəzzafinin azadlığa buraxılmasını kəskin qınayaraq onun yenidən həbs edilməsini istəyib. 

Liviyanın prokuror müavini İbrahim Məsud da dünən bir bəyanata yayaraq seyfullahın axtarışda olduğunu və yenidən ona qarşı məhkəmə işinin açılmalı olduğunu bildirmişdi. 

Liviya milli ordusunun baş qərargahının tabeliyində olan batalionlardan ibarət Əbubəkr Əssadiq yaraqlılar qrupu şənbə günü bildirdi ki, Seyfullah Qəzzafi parlamentin əfv qanununa əsasən şənbə günü azadlığa buraxılıb. 

Seyfullah Qəzzafi cümə günü ölkənin qərbində yerləşən Əzzəntan şəhərini ölkə daxilində naməlum məqsədə doğru tərk edib.  

Teqlər