Qətifdə partlayış barədə iddia
İyun 13, 2017 21:26 Asia/Baku
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bir bəyanat yayaraq 2017-ci il 9 iyunda 2 qətiflinin ölümü ilə nəticələnən partlayış, avtomobilin içərisindəki əldə düzəlmiş bombalara görə olub.
VAS xəbər agentliyinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının DİN-i bir bəyanatda bildirib: Avtomobilin içində ölənlər Fazil Ali-Həmadə və Məhəmməd Ali-Səviməl adlı iki gənc oğlan olub. Onlar təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olublar.
Səudiyyə Ərəbistanı DİN-in iddiası elə bir şəraitdədir ki, şahidlər sözü gedən avtomobilin hərbi texnika ilə hədəfə alındığına görə partladığını deyirlər.