İraqın terrorçulardan təmizlənməsində mərcəiyyətin rolu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i272938-İraqın_terrorçulardan_təmizlənməsində_mərcəiyyətin_rolu
İraq Xalq Səfərbər Qüvvələri sözçüsü bu ölkənin terror qruplaşmalarından təmizlənməsində mərcəiyyətin önəmli rolunu vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2017 06:44 Asia/Baku
  • İraqın terrorçulardan təmizlənməsində mərcəiyyətin rolu

İraq Xalq Səfərbər Qüvvələri sözçüsü bu ölkənin terror qruplaşmalarından təmizlənməsində mərcəiyyətin önəmli rolunu vurğulayıb.

İraq Xalq Səfərbər Qüvvələri sözçüsü Kərim əl-Nuri İraq şiələrinin ali mərcəyi Ayətullah Seyid Əli Sistani tərəfindən fitvanın verilməsinin ildönümü günündə verdiyi müsahibədə deyib: Əgər terror qruplaşmaları ilə mübarizə üçün Ayətullah Sistaninin fitvası olmasaydı və Həşdüş-Şəəbi təşkil olunmasaydı, İŞİD terror qruplaşması bu gün Bağdadın yaşıl zonasında idi. 

Həşdüş-Şəəbinin sözçüsü əlavə edib: Bu qüvvələr 2014-cü il iyun ayının ortalarında İŞİD-in Mosula girişi ilə yanaşı təhlükəsizlik qüvvələrinin dağılmasının qarşısını aldı və Səlahəddin və əl-Anbar vilayətlərinin əksər hissələrini İŞİD terrorçularından təmizləyə bildilər.