Yəmən sularında səudiyyəli təcavüzkar gəmi atəşə tutulub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i272942-yəmən_sularında_səudiyyəli_təcavüzkar_gəmi_atəşə_tutulub
Yəmənin Hərbi Dəniz Qoşunları Təiz vilayətində əl-Məxa şəhəri sahilləri yaxınlığında səudiyyəli təcavüzkarlara bağlı bir hərbi gəmini atəşə tutublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2017 07:24 Asia/Baku
  • Yəmən sularında səudiyyəli təcavüzkar gəmi atəşə tutulub

Yəmənin Hərbi Dəniz Qoşunları Təiz vilayətində əl-Məxa şəhəri sahilləri yaxınlığında səudiyyəli təcavüzkarlara bağlı bir hərbi gəmini atəşə tutublar.

Əl-Məsirə televiziyasının məlumatına görə, bu, Yəmən ordusu və xalq qüvvələrinin atəşə tutduğu səudiyyəli təcavüzkarların onuncu gəmisi olub. 

Yəmənin Hərbi Dəniz Qoşunları 30 yanvarda da Ərəbistan təcavüzkarlarına bağlı bir hərbi gəmini Yəmənin qərbində əl-Hədidə vilayəti sahillərində atəşə tutaraq məhv etmişdi.