İyun 14, 2017 15:53 Asia/Baku

İnsan Haqları Gözətçisi Təşkilatı bildirib: ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya İraq və Suriyada hücumlarında ağ fosfordan istifadə edib.

Əl-Aləm televiziyasının məlumatına görə, İnsan Haqları Gözətçisi Təşkilatı bildirib: Belə qadağan olunmuş silahlardan nəzarət edilmədiyinə görə,  sivillərin yaşadığı bölgələrə hücumda əsla istifadə olunmamalıdır.

Bu arada İnsan Haqları Gözətçisi Təşkilatında silah departamentinin rəhbəri Stiv Qoss deyib: Ağ fosfordan hansı metodla istifadə olunması önəmli deyil, önəmli olan budur ki, ondan istifadə Suriyanın şimalında Riqqə və İraqın şimalında Mosul kimi şəhərlərdə və ya əhalisi sıx olan digər bölgədə uzunmüddətli və dəhşətli təhlükə yaradacaq.

Stiv Qoss bildirib: ABŞ qüvvələri Mosul və Riqqədə ağ fosfordan istifadə ediblər və onların bu silahdan istifadəsinin səbəbi aydın deyildir.

Nyu-York Times qəzeti də yazıb ki, ABŞ-ın başçılıq etdiyi koalisiya Riqqə şəhərinin məhəllələrindən birinə ağ fosfor silahı ilə hücum edib və azı 20 Suriya vətəndaşını qətlə yetirib.

Teqlər