Suriya qırıcılarının Riqqəyə hücumunda onlarla İŞİD-çi öldürülüb
Suriya qırıcılarının şimalda Riqqə şəhərinin ətrafına hücumunda İŞİD terror qruplaşmasının onlarla üzvü öldürülüb.
Əl-Aləm televiziyasının məlumatına görə, Suriya ordusu və bu ölkə köçəri qüvvələri də çərşənbə günü Riqqə vilayətinin Ət-Təbəqə şəhəri ətrafında Əbusəvsə və əl-Sərib kəndlərini İŞİD terrorçularının işğalından azad ediblər.
Bu iki kəndin azad edilməsi ilə , bu bölgədə neft nəqli boru xətti Suriya qüvvələrinin nəzarətinə keçib.
Bununla yanaşı Suriya ordusu Riqqə şəhərinin qərbində irəliləyərək Səhil kəndini də nəzarətə götürüb.
Suriya ordusu həmçinin Hələb vilayətinin cənub-şərqindən Riqqə vilayətinin qərb bölgələrinə daxil olub və bir neçə kənd və neft stansiyasını İŞİD terror qruplaşmasından geri alıb.
Bu arada Suriyanın bəzi KİV Həmanın şərq ətrafında Suriya qüvvələri ilə İŞİD ünsürləri arasında ağır döyüşlərin getdiyini bildirib.