Qəzzədə işıq problemi faciəli olacaq
İyun 15, 2017 09:14 Asia/Baku
Birləşmiş Millətlər Təşkilatının orta şəqr üzrə humatinat yardımların koordinasiyası ofisi dünən Qəzzə zolağında elektrik enerjisinin çatışmazlığı probleminin nəticələri barədə xəbərdarlıq edərək, bu böhranın fəsadlarının qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti yardım etməyə çağırıb.
Cari həftənin əvvəllərində sionist rejim Fələstin muxtariyyətinin Qəzzə zolağında elektrik istehlakının xərcini ödəməməyə dair qərarına cavab olaraq Qəzzə zolağında elektrik enerjisinin istehsalını 30 faiz azaltdı.
Sionist rejimin bu qərarı Qəzzə zolağında 2 milyondan çox insanın həyatını böhranla qarşı-qarşıya qoyub.
Qəzzədə elektrik enerjisinin çatışmaması bu ərazidə səhiyyə və tibbi xidmətləri, eləcə də su paylaşma sistemini iflic vəziyyətə salıb.