UNICEF-in xəbərdarlığı
BMT-nin Uşaq Fondu- YUNİSEF(UNICEF) 9 milyona yaxın suriyalı uşağa yardım prosesi barədə xəbərdarlıq edib.
IRNA-nın məlumatına görə, YUNİSEF bu gün bir bəyanat verərək, bildiribdir ki, büdcə çatışmazlığı Suriya daxilində təqribən altı milyon suriyalı uşağa və Suriyanın qonşuluğunda yerləşən ölkələrdəki mühacirlər arasında təqribən 2,5 milyon nəfərə yardımı təhdid edir.
Bu bəyanatda sonra deyilir: Suriyada yardım proqramı üçün 220 milyon dollarlıq büdcə çatışmazlığı bu ölkədə müharibənin başlandığı zamandan bəri ən yuxarı büdcə çatışmazlığıdır.
YUNİSEF 2017-ci ildə Suriyada müharibənin təsiri altında yaralanmış və didərgin düşmüş uşaqlara yardımlar və təlimlərin təqdimi üçün 1,4 milyard dollarlıq büdcə istəyibdir.
Suriya böhranı Ərəbistan, sionist rejim, Amerika və onun müttəfiqlərinin himayə etdikləri terror qruplarının Suriya prezidenti Bəşşar Əsədin qanuni dövlətini devirmək üzrə geniş hücumları ilə 2011-ci ildə başlandı.