4 Fələstinli şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i273260-4_fələstinli_şəhid_olub
Sionist rejim hərbçiləri işğal olunmuş Qüdsdə 4 fələstinli gənci şəhid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2017 04:53 Asia/Baku
  • 4 Fələstinli şəhid olub
    4 Fələstinli şəhid olub

Sionist rejim hərbçiləri işğal olunmuş Qüdsdə 4 fələstinli gənci şəhid ediblər.

Livanın Əl-Məyadin telekanalının verdiyi məlumata görə, dünən bir neçə fələstinli gənc işğal olunmuş Qüdsdə Babül-Amud məntəqəsində küt alətlərlə sionist hərbçilərə hücum edərək bir qadın zabiti öldürüblər və iki sionist zabiti də yaralayıblar. 

Bu toqquşmada 4 fələstinli gənc də sionist rejim hərbçiləri tərəfindən güllələnərək şəhid edilib. 

Sionist rejim hərbçiləri işğal olunmuş Qüds şəhərinə gedən yolların hamısında yoxlama-buraxılış məntəqələri yaradıblar.

sionist rejim hərbçilərinin dünən İordan çayının qərb sahilində Kəfər Qədum kəndində fələstinlilərin sionist qəsəbə inşasına qarşı həftəlik dinc aksiyasına hücumu nəticəsində onlarla adam yaralanıb.  

Əl-Aləm telekanalı da bildirib ki, Sionist hərbçilərin Qəzzə zolağının şərqində fələstinlilərə qarşı hücumunda da bir neçə fələstinli sionistlərin atəşi nəticəsində yaralanıb və bir neçəsi də gözyaşardıcı qaz nəticəsinə boğulma vəziyyətinə düçar olub.